Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Məktəb ləvazimatları neçəyədir? –

User 19 Avqust 2024 - 12:24 (Last updated: 21 May 2025 - 20:15)
mekteb

Növbəti tədris ilinin başlamasına bir aydan da az vaxt qalıb.

Trend məktəbli forması və məktəb ləvazimatlarının qiymətləri ilə maraqlanıb.

Paytaxtda məktəb ləvazimatlarının satışı ilə məşğul olan Orxan Hacıyev bildirib ki, ötən illə müqayisədə, qiymətlərdə çox da bahalaşma yoxdur:

“Məhsullar, əsasən, Türkiyədən, Çindən və Rusiyadan gətirilir. Çeşidlər boldur. Müəyyən məhsullarda cüzi qiymət artımı var. Bunun da səbəbi əsas daşınma xərclərinin artmasıdır. Hazırda alıcılar çox deyil. İnsanların çoxu istirahətdədir. Mağazalara axın, əsasən, ayın sonundan etibarən başlayır. Tədris ilinin başlanmasına bir həftə qalmış tələb artdığına görə bəzi ləvazimatların qiymətlərində 5-20 qəpik aralığında fərq ola bilər”.

Hazırda sözügedən məhsulların qiymətləri aşağıdakı kimidir:

Çanta: 20-120 manat

Dəftər: 50 qəpik – 3 manat

Sadə karandaşlar: 20 qəpik – 1,80 manat

Rəsm albomları: 1-7 manat

Dəftər-kitab üzlükləri: 20-50 qəpik

Sadə qələmlər: 20 qəpik, daha keyfiyyətliləri 1 manata qədər

Rəngli karandaşlar: 2-8 manat

Pozan: 40-50 qəpik

Karandaşyonan: 20 qəpik – 1 manat 50 qəpik

Xətkeş: 40 qəpik – 2,50 manat

Plastilin: 1- 4,50 manat

Quaş: 1-4 manat

Fırça: 30-50 qəpik

Pərgar dəsti: 1 – 5 manat

Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov bildirib ki, məktəbli formalarının qiymətlərində 20 faiz ucuzlaşma olub.

“Məktəbli şalvarı və ətəklərinə 20 faiz endirim edilib. Bu ilə qədər şalvar və ətəklər 25 manat idi, bu ildən 20 manatdır. Köynəklərdə isə qiymət dəyişməyib. Çünki onlar 95 faiz pambıqdan istehsal olunur, o səbəbdən qiymətində dəyişiklik yoxdur. Ötənilki kimi 15 manatdır”, – deyə o bildirib.

Post navigation

Previous: Miqrantlara ailələrini Rusiyaya gətirmək qadağan olunur
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42

xƏBƏR

usaq gezmek
  • Maraqlı

Uşaqlar gündə neçə saat gəzməlidir? – Nevroloq yaşa görə normanı açıqladı

User 29 Oktyabr 2026 - 18:40
7–10 yaşlı uşaqlara gündə ən azı 2–3 saat, yeniyetmələrə isə ən azı 1,5 saat gəzintidə olmaq tövsiyə...
Read more about Uşaqlar gündə neçə saat gəzməlidir? – Nevroloq yaşa görə normanı açıqladı
İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi israil
  • Dünya

İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi

User 29 Oktyabr 2026 - 17:41
İran ABŞ -la müharibəni dayandırmaq təklifini rədd edir? – Qətərdən yeni plan abs iran danisiq
  • Dünya

İran ABŞ -la müharibəni dayandırmaq təklifini rədd edir? – Qətərdən yeni plan

User 29 Oktyabr 2026 - 17:35
Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
Prezident İlham Əliyev Türkiyəyə getməyəcək ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.