“Məktəblərdə ev tapşırıqları və qiymətləndirmə işləri azaldılsın”- Putin tapşırıq verdi

Rusiya prezidenti Vladimir Putin hökumətə məktəb proqramlarını təkmilləşdirməyi tapşırıb.

Azpost.info xəbər verir ki, söhbət xüsusilə, ev tapşırıqlarını və yoxlama işlərini (biliyin qiymətləndirilməsi) azaltmaqdan gedir.

Putinin tapşırığına əsasən, hökumət ümumtəhsil proqramları üzrə şagirdlərə balanslaşdırılmış və səmərəli təhsil və tədris (sinif və məktəbdənkənar) yükü yaratmaq üçün tədbirlərin işlənib hazırlanmasını və həyata keçirilməsini təmin etməlidir. Ev tapşırıqlarına, eləcə də bilik səviyyəsinin qiymətləndirilməsi üzrə fəaliyyətlərə sərf olunan vaxtın azaldılması yolu ilə şagirdlərin dərs yükü dəyişdirilməlidir.

“Rusiya hökuməti ümumi təhsil proqramlarında şagirdlər üçün effektiv tədris və tərbiyə yükünün formalaşdırılması üçün bir sıra tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etməlidir. O cümlədən ev tapşırıqlarının yerinə yetirilməsinə sərf olunan faktiki vaxtı azaltmaqla, həmçinin tələbələrin bilik səviyyəsinin və təhsilin keyfiyyətinin qiymətləndirilməsi üzrə fəaliyyətlərin azaldılması və Rusiya Federasiyasının normativ hüquqi aktlarında nəzərdə tutulmayan qiymətləndirmə fəaliyyətinin istisna edilməsi”, – prezidentin tapşırığının yer aldığı müvafiq sənəddə deyilir.

Hesabat dekabrın 1-dək Baş nazir Mixail Mişustin tərəfindən prezidentə təqdim edilməlidir.

Azpost.info

Əvvəlki məqalə

Türkiyədə Azərbaycan dialektologiyası ilə bağlı kitab nəşr edilib

Sonrakı məqalə

TikTok Azərbaycanda iki milyondan çox videonu silib