Kərbəla ziyarətində itkin düşən İmişli sakinindən xəbər çıxdı- Öldüyü məlum olub

Azərbaycanlı zəvvar Kərbəla ziyarəti zamanı ölüb.

Bu haqda APA-ya İmişli Rayon İcra Hakimiyyətinin Sərxanlı kənd üzrə icra nümayəndəsi İkram Mahmudov məlumat verib.

O bildirib ki, rayonun Sərxanlı kənd sakini Yusifov Davər Qəfər oğlu Kərbəla ziyarəti zamanı səhhəti pisləşərək ölüb. Onun meyiti Azərbaycana gətirilərək dəfn olunacaq.

Qeyd edək ki, Kərbala ziyarətinə gedən D.Yusifovun itkin düşməsi barədə məlumat yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Facebook News” gəlir –

Sonrakı məqalə

“Məmurların gəlirləri azaldılmalıdır”