“Mən gürcü yox, rus həbsxanasındayam” –Saakaşvili məktub yaydı

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin rəsmi Facebook səhifəsində daha bir məktub paylaşılıb.

InterPress.ge xəbər verir ki, Saakaşvilinin yazdığına görə, o, indi gürcü yox, rus həbsxanasındadır, hətta həbsxana işçilərini belə ruslar kimi davranmağa məcbur edirlər.

“Bu gün səhərdən şəxsi vəkillərimlə əlaqə saxlamağıma tamamilə qadağa qoyuldu. Görüş zalında aramızdakı şüşə divar tamamilə bağlanıb ki, bu da artıq sənəd mübadiləsi apara bilməyəcəyimiz deməkdir. Gürcüstanda və Avropada heç vaxt belə şey olmayıb.

Məhkəmə, prokurorluğun olmadığını çoxdan bilirik, indi vəkil də ləğv olundu!

Bu gündən mən aclıqla bağlı hər hansı tədqiqat, müalicə və reanimasiya xidmətlərindən qəti şəkildə imtina edirəm. Bu, hüquq müdafiəçiləri ilə maneəsiz münasibət hüququm bərpa olunana qədər davam edəcək!

Mən praktiki olaraq, gürcü yox, rus həbsxanasındayam, hətta həbsxana işçilərini belə ruslar kimi davranmağa məcbur edirlər.

Bu gün mən Ukraynanın ombudsmanı Lüdmila Denisova ilə görüşdüm, ona çox minnətdaram. O, da özünü Gürcüstanda deyil, Rusiyada hiss etdiyini dedi”, – Saakaşvili yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabahın hava proqnozu

Sonrakı məqalə

Prezident İlham Əliyev Ərdoğana məktub göndərdi