Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

“Məni həbs edin, canım qurtarsın…” –

Orkhan Ali 15 May 2025 - 19:22 (Last updated: 21 May 2025 - 20:38)
Şərurlu İsfəndiyar

Şərurlu İsfəndiyar

“Məni həbs edin, canım qurtarsın…” – bu, “Şərur” MTK-nın sahibi, tanınmış iş adamı İsfəndiyar Axundovun məhkəmədə dediyi sözlərdir. İsfəndiyar Axundovu məhkəməyə çəkən isə “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovdur.

İsfəndiyar Axundov Emil Səməndərovu, onun barəsində yekun məhkəmə qərarı olmadan dələduz adlandırıb.

Sonuncu bu sözləri böhtan və təhqir hesab etdiyindən Binəqədi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında şikayət təqdim edib.

İsfəndiyar Axundov düz 6 məhkəmə iclasına gəlməyib. Əslində, bu əməl məhkəməyə sayğısızlıq kimi dəyərləndirilə bilər. Onu yerinə elə xüsusi ittihamçı Emil Səməndərov olsaydı, yəqin ki, barəsində bir tədbir görülərdi. İsfəndiyar Axundov əsaslı bir səbəb göstərmədən məhkəmənin çağırışlarına gəlməyib və ona “gözün üstə qaşın var” deyən də olmayıb.

Maraqlıdır ki, vəkili bunu İsfəndiyar Axundovun savadsızlığı ilə izah edib.

“Onun savadı yoxdur, hüquqi prosesləri anlamır”, – bu da vəkilinin sözləridir.  İsfəndiyar Axundov məhkəməyə gəlmək istəmir, amma məhkəməyə gəlmədiyi üçün verilən həbs qətimkan və ölkədən çıxış qadağası vəsatətlərinə də etiraz edir. Özü hesab edir ki,  kimsə onu aldada bilməz, amma hər kəs onu günahkar saya bilər.

“Məhkəmənin gedişini necə qiymətləndirirsiniz?” sualına verdiyi cavabı da, İsfəndiyar Axundovun cəzasız qalacağına güvənci kimi də dəyərləndirmək olar. O, hakimin 6 çağırışını iqnor edib məhkəmə prosesi getmir və “Get, hakimdən soruş…”, deyir.

Məhkəmədə bir tərəfdə şikayətçi Emil Səməndərov, o biri tərəfdə isə özünü “qurban” kimi təqdim edən İsfəndiyar Axundov dayanıb.

Görəsən, İsfəndiyar Axundovun “savadım yoxdur” müdafiə xəttini seçməsi xilas edəcəkmi? Onu qarşı tərəfi dələduz adlandırmasının məsuliyyətindən azad olunmasına yol açacaqmı?

Bəlkə də, biz bu məhkəməyə hüquqi hadisə kimi yox, ictimai dram kimi baxmalıyıq. Axı burada artıq söhbət təkcə böhtandan, təhqirdən getmir. Bu işin simasında zənginlik, məsuliyyətsizlik və cəzasızlıq görünür.

İsfəndiyar Axundovun hələ də azadlıqda olmasını sadəcə hüquqi prosesin təmkinliyi kimi qiymətləndirmək də çətindir. Bu, ədalətin yubanmasına bəraət qazandırmır. İsfəndiyar Axundovun “xahiş etmişəm ki, məni həbs etsinlər” deməsi də ziddiyyətlidir. Cinayət törətməkdə ittiham edilən İsfəndiyar Axundov məhkəmədə özünü günahsız bilir, amma həbs olunmaq istədiyini deyir. Görəsən, bu hansı hüquq fəlsəfəsində yazılıb?

Bəs İsfəndiyar Axundov özü demişkən, “can qurtaran” cəzanın müddəti nə qədər ola bilər?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, əgər İsfəndiyar Axundova qarşı irəli sürülmüş ittihamlar Cinayət Məcəlləsinin 147.2-ci (böhtan – ağır və ya xüsusilə ağır cinayətdə ittiham etmə) və 148-ci (təhqir) maddələri üzrə təsdiqlənərsə, məhkəmə onun barəsində azadlıqdan məhrumetmə də daxil olmaqla, bir neçə cəzadan birini seçə bilər:

-Bu maddələr xüsusi ittiham qaydasında baxılan işlərə aiddir. Yəni belə işlərdə ittihamçı kimi dövlət ittihamçısı deyil, zərərçəkmiş şəxs, bu halda Emil Səməndərov özü ittihamı irəli sürüb və cinayət təqibinə başlayıb.

Azərbaycan Cinayət Məcəlləsinin 147.2-ci maddəsi, yəni böhtan atma, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etmədir. Bir şəxsin barəsində məhkəmə hökmü olmadan ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham etmək cinayət məsuliyyəti yaradır. Belə əmələ görə məhkəmə  cəza tədbiri olaraq 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verə bilər.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi, yəni təhqir etmə, şərəf və ləyaqətin alçaldılmasıdır. Təhqir ictimai şəkildə, KİV vasitəsilə və ya ictimai çıxışda ifadə edilərsə bu halda 500 manatdan 1000 manatadək cərimə, və ya 1 ilədək islah işləri cəzası verilə bilər. Hakim 6 ayadək azadlığın məhdudlaşdırılması cəzası da təyin edə bilər.

Natiq Ələsgərov deyib ki, əgər İsfəndiyar Axundovun əvvəllər məhkumluğu yoxdursa, ictimai fəaliyyəti və yaşı, həmçinin zərərin xarakteri və məhkəmədəki davranışı yüngülləşdirici hallar sayılarsa, bu halda məhkəmə onun barəsində azadlıqdan məhrumetmə deyil, cərimə, şərti cəza və ya ictimai işlər kimi yüngül alternativ cəzalarla kifayətlənə bilər.

Bununla belə, xüsusi ittihamçı İsfəndiyar Axundovun ona böhtan və təhqiri qəsdən və ictimai şəkildə etdiyini sübut etsə, eyni zamanda İsfəndiyar Axundov prosesi uzatmaqda və iştirakdan yayınmaqda davam etsə,  əvvəllər də bu tip hallara yol veribsə, bu halda məhkəmə onun barəsində azadlıqdan məhrumetmə cəzası da təyin edə bilər. İttihamlar sübuta yetirilsə, İsfəndiyar Axundovu maksimum olaraq 2 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Amma bu, məhkəmənin sonda verəcəyi faktiki sübutlara əsaslanan qərardan asılı olacaq.

Məhkəmənin növbəti iclası mayın 24-nə təyin olunub. Həmin gün İsfəndiyar Axundov üçün azadlığın son günü ola bilər.

Musavat.com

AzPost.az

Post navigation

Previous: “TikTok” fotoları videoya çevirən süni intellekt alətini təqdim etdi
Next: Süni intellekt zəka tələb edən işlərdə çalışanları işsiz qoyacaq –

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə...
Read more about İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib ilham erdoqan susa gorus
  • Siyasət

Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib

User 08 Noyabr 2026 - 16:18
Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.