Mənzilə ehtiyacı olan kasıblara və aztəminatlı gənclərə yaşayış sahələri veriləcək –Qanun hazırlanıb

Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək. 

Azpost.info APA-ya istinadən bildirir ki, bu, Mənzil Məcəlləsində təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, sosial kirayə müqaviləsi əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.

Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirus qlobal və regional siyasi müstəvidə nələri dəyişəcək? –

Sonrakı məqalə

NATO Dağlıq Qarabağdakı “seçkiləri” tanımadı