“Məqsəd islam respublikasını devirmək idi…”-İranın dini rəhbəri ilk dəfə canlı yayına çıxdı

“İran özünü mühafizə etməyə nail olub və bu gün öz gücünü hiss edir”

Azpost.info İRNA-ya istinadən bildirir ki, bu sözləri İranın ali diin rəhbəri Xamneyi İran-İraq müharibəsinin veteranları ilə bu gün keçirdiyi görüşündə deyib.

Ali rəhbərin sözlərinə görə, düşmənlər də bu faktı başa düşürlər.  O bildirib ki, 7 illik İran-İraq müharibəsi subut etdi ki, ölkənin müdafiəsi kapitulyasiya ilə deyil, müqavimətlə əldə olunur. “Bu müqavimət İrana öz güvənini artırdı. İmperializmin növbəti məqsədi İran xalqını diz çökdürmək, islam respublikasını devirmək idi. Onlar bununla digər xalqlara dərs verərək müqavimətlərini dağıtmaq məqsədi daşıyırdı”.

Qeyd edək ki, ali dini lider son həftələrdə ilk dəfə canlı efirə çıxıb. Bundan əvvəl onun səhhətinin pisləşməsi, hətta vəfat etməsi barədə məlumatlar yayılıb.

Son günlər isə İranda baş yaylığı qaydalarını pozduğuna görə həbs edilən və polis idarəsində müəmmalı şəkildə ölən qıza görə ölkəni etiraz dalğası bürüyüb.

 

 

 

Əvvəlki məqalə

Əvəz Zeynallı ev dustaqlığına buraxılmayıb

Sonrakı məqalə

Prezident İlham Əliyev Laçına getdi