Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

“Mərcan” klinikasında daha bir ölüm

Orkhan Ali 18 İyun 2025 - 16:20 (Last updated: 18 İyun 2025 - 15:42)
Mərcan klinikası

Mərcan klinikası

Rusiya vətəndaşı olan qadın Bakıda özəl klinikaların birində abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.

Bu barədə Xəzər TV süjet hazırlayıb.

Hadisənin iyunun 11-i “Mərcan” klinikasında ümumi cərrah Nigar Məmmədova tərəfindən icra olunan əməliyyat nəticəsində baş verdiyi bildirilib. Vəfat edən 37 yaşlı Arzu Sadıqovanın ailəsi onun ölümündə həkimi günahlandırıb.

Mərhumun anasının iddialarına görə, övladının liposaksiya əməliyyatı etdirmək niyyəti olmayıb: “Onu bu əməliyyata cərrah Nigar Məmmədova təhrik edib. Eyni zamanda bu həkim qızımı prosesə hazırlıqsız götürüb”.

A.Sadıqovanın dayısı isə bildirib ki, mərhum Rusiya vətəndaşı olub, anası ilə Bakıya istirahətə gəlibmiş.

Məsələ ilə bağlı həkim Nigar Məmmədova isə bildirib ki, Arzu Sadıqova üzərində həyata keçirilən “qarın ağ xəttinin böyük ölçülü yırtığına görə aparılmış herinotomiya və herniplastika, həmçinin abdominoplastika” əməliyatından sonra pasiyentdə tibbdə tanınan ağırlaşma – emboliya halı müşahidə olunub: “Bütün tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Əməliyyat müvafiq tibbi protokollara uyğun şəkildə icra edilib. Hadisənin dəqiq səbəbləri aparılacaq müvafiq ekspertizadan sonra tam müəyyən olunacaq”.

Sözügedən klinikadan isə qeyd olunub ki, ekspertiza rəyi açıqlandıqdan sonra məlumat veriləcək.

Hadisə ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.

Onu da qeyd edək ki, Nigar Məmmədova bir neçə il əvvəl “Medaura” klinikasının baş həkimi olub.

AzPost.az

Post navigation

Previous: Prezident İlham Əliyev iyunun 19-da Türkiyəyə səfər edəcək
Next: Nadir Abdullayevin rəhbərlik etdiyi “RR Constructions”ın tiktiyi divar aşdı

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

tramp putin si gorus stol etrafi
  • Dünya

Rusiya, Çin və ABŞ dövlət başçıları Sülh haqqında Bəyannamə qəbul edib

User 19 Noyabr 2026 - 15:02
Üçtərəfli görüşdən sonra Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edilib. Kreml bəyannamənin tam...
Read more about Rusiya, Çin və ABŞ dövlət başçıları Sülh haqqında Bəyannamə qəbul edib
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib ilham aliyev
  • Siyasət

İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

User 19 Noyabr 2026 - 14:20
Rusiya, Çin və ABŞ liderləri arasında üçtərəfli görüş başa çatıb tramp putin si02
  • Dünya

Rusiya, Çin və ABŞ liderləri arasında üçtərəfli görüş başa çatıb

User 19 Noyabr 2026 - 14:19
Azərbaycanda ən çox bu ərzaqlar bahalaşıb – Qiymətlərdəki artımın detalları qida01
  • İqtisadiyyat

Azərbaycanda ən çox bu ərzaqlar bahalaşıb – Qiymətlərdəki artımın detalları

User 19 Noyabr 2026 - 13:49
2035-ci ildə dünyada müsəlmanların sayı xristianları ötəcək – Yeni proqnoz muselman
  • Din

2035-ci ildə dünyada müsəlmanların sayı xristianları ötəcək – Yeni proqnoz

User 19 Noyabr 2026 - 13:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.