Məşhur inqilabçı Ernesto Çe Gevaranın oğlu vəfat edib

Məşhur inqilabçı Ernesto Çe Gevaranın böyük oğlu Kamilo vəfat edib.

Azpost.info xəbər verir ki, bu barədə Kuba prezidenti Dias-Kanel Bermudes bildirib.

Onun sözlərinə görə, Kamilo Havanadakı “Çe Mərkəzi”nin rəhbəri olmaqla atasının ideyalarını təbliğ edirdi: “Atasının görkəmli irsinin bir hissəsini qoruyub saxlayan, “Çe Mərkəzi”nin rəhbəri kimi ideyalarını təbliğ edən Kamilo ilə dərin hüznlə vidalaşırıq. Anası Aleydaya, həyat yoldaşına, qızlarına və bütün ailəsinə başsağlığı veririk, – Dias-Kanel öz “Tviter” səhifəsində yazıb.

Kuba prezidenti Kamilo Gevaranın ölümünün səbəbləri barədə danışmayıb.

İlkin məlumata görə, məşhur inqilabçının 60 yaşlı varisi Venesuelanın paytaxtı Karakasa səfəri zamanı infarktdan dünyasını dəyişib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan-Ermənistan delimitasiya Komissiyası nəyi müzakirə edib? –

Sonrakı məqalə

Rusiya delimitasiya ilə bağlı Bakı və İrəvanın görüşü barədə məlumat yayıb