Azərbaycan-Ermənistan delimitasiya Komissiyası nəyi müzakirə edib? –XİN açıqlama yaydı

30 avqust 2022-ci il tarixində Moskva şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci iclası keçirilib.

Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, iclasdan öncə Rusiya Federasiyası Hökümətinin sədri A.Overçuk, Ş.Mustafayev və M.Qriqoryan ilə görüşüb və komissiyaların işinin davam etdirilməsini alqışlayıb.

Tərəflər təşkilati və prosedural məsələləri müzakirə edib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar.

Görüşün yaxşı təşkilinə görə Rusiya tərəfinə minnətdarlıq ifadə edilib.

Üçüncü görüşün razılaşdırımış vaxtda keçirilməsinə dair razılıq təsdiqlənib.

Əvvəlki məqalə

Gömrük Komitəsinin bu vəzifəli şəxsi saxlanılıb –

Sonrakı məqalə

Məşhur inqilabçı Ernesto Çe Gevaranın oğlu vəfat edib