Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“Mərkəzi Bank bu il 1,5 milyard dollar alıb, manatı möhkəmlənməyə qoymayıb” –

User 29 İyul 2026 - 22:15
taleh kazimov

2026-cı ilin ilk altı ayında Azərbaycan Mərkəzi Bankının keçirdiyi valyuta hərraclarında satılan xarici valyutanın həcmi əvvəlki illərlə müqayisədə kəskin azalıb.

AZPOST xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov AZTV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, cari ilin ilk altı ayında Mərkəzi Bank valyuta hərraclarında 757 milyon ABŞ dolları satıb.

“Müqayisə üçün qeyd edim ki, 2025-ci ilin eyni dövründə bu rəqəm 2,7 milyard ABŞ dolları, 2024-cü ilin ilk altı ayında isə 3,5 milyard ABŞ dolları olub. Göründüyü kimi, kifayət qədər azalma var”, – deyə Taleh Kazımov bildirib.

Mərkəzi Bank sədri qeyd edib ki, eyni dövrdə qurum 1,5 milyard ABŞ dolları həcmində alış yönümlü müdaxilə həyata keçirib.

“Azərbaycan manatının həddindən artıq möhkəmlənməsinin qarşısını almaq üçün bazara müdaxilə etdik ki, məzənnə 1,7 səviyyəsində qalsın. Bu gün valyuta bazarında təklif tələbi üstələyir”, – deyə o vurğulayıb.

Kazımovun sözlərinə görə, son illərdə əhalinin milli valyutaya etimadı da nəzərəçarpacaq dərəcədə artıb.

O bildirib ki, 2021-ci ildə rezident fiziki şəxslərin bank əmanətlərinin 40 faizi xarici valyutada saxlanılırdısa, hazırda bu göstərici 25 faizə enib.

“Son dörd ildə manatla olan əmanətlərin həcmi iki dəfədən çox artaraq 6,3 milyard manat yüksəlib və hazırda 12,5 milyard manat təşkil edir. Bu da əhalinin manata inamının gücləndiyini və xarici valyutaya tələbatın azaldığını göstərir”, – deyə Mərkəzi Bankın sədri qeyd edib.

AzPost.az

Post navigation

Previous: “Neftin hər 10 dollar bahalaşması Azərbaycana 1,2 milyard dollar qazandırır” –
Next: “Dolların bahalaşacağı ilə bağlı narahatlıq üçün əsas yoxdur” –

Oxşar xəbərlər

tanker dizel
  • İqtisadiyyat

ABŞ-a göndərilən Rusiya dizelini almaq istəyən yoxdur – Şirkətlər geri çəkilir

User 30 Oktyabr 2026 - 20:32
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 30 Oktyabr 2026 - 09:43
qaz tebii
  • İqtisadiyyat

Avropada qaz böhranı dərinləşir – Qiymət 100 avroya çatdı, Asiya ilə rəqabət güclənir

User 29 Oktyabr 2026 - 19:27

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.