Macarıstan öz sərhədlərini xarici vətəndaşlara bağlayır

28 Avqust 2020 - 19:45

Macarıstan öz sərhədlərini xarici vətəndaşlara bağlayır.

“Reuters”in verdiyi xəbərə görə, bu barədə Baş nazir Viktor Orbanın ofisi məlumat yayıb. Bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar sentyabrın 1-dən etibarən ölkə öz sərhədlərini xarici vətəndaşlara bağlayır. Ölkə xaricindən gələn Macarıstan vətəndaşları isə səyahətdən qayıtdıqdan sonra 14 gün karantində qalacaq. Baş nazirin ofisi bildirib ki, bu məhdudiyyət hərbi və diplomatik şəxslərə şamil olunmayacaq. (APA)