Magistraturaya ərizə qəbulu başa çatıb

14 Fevral 2020 - 10:32

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ərizə qəbulu başa çatıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, 15703 bakalavr elektron ərizəsini təsdiq edib.

Onlardan 14404-ü Azərbaycan, 1299-u rus bölməsi üzrədir.

Qeyd edək ki, magistraturaya qəbul imtahanı fevralın 23-də keçiriləcək.