BŞİH-ə yeni mətbuat xidməti təyin olunub –İsrafil Kərimova başqa vəzifə verilib

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) kadr dəyişikliyi olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmrilə qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə Mətin Adil oğlu Hüseynov təyin olunub.

Mətbuat xidmətinin indiyə qədərki rəhbəri İsrafil Kərimov isə İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb.

Bakı Şəhər İcra Hakimiyyətindən faktı təsdiqləyiblər. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Magistraturaya ərizə qəbulu başa çatıb

Sonrakı məqalə

Minimum əməkhaqqı mərhələlərlə artırılacaq