Magistraturaya sənəd qəbulunun nə vaxt başlayacağı açıqlanıb

“Magistraturaya sənəd qəbulu yəqin ki yanvar ayından başlayacaq”.

Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bütün imtahan cədvəlləri Operativ Qərargahla razılaşdırıldıqdan sonra sənəd qəbuluna başlanacaq: “Cədvəli hazırlamışıq. Təsdiqlənəndən sonra sənəd qəbuluna başlayacağıq. Qaydalara əsasən, magistraturaya qəbul bir mərhələdə həyata keçirilir. Ötən il bakalavrlara iki cəhd imkanı verdik. Qapanmalar olmasa, bu il də belə bir imkan yaratmağa çalışacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Parlamentin komitə sədri: “İl ərzində bələdiyyələr mədən vergiləri üzrə 1 milyon 700 min manat toplayır”

Sonrakı məqalə

DİM sədri: “Bəzi regionlarda 9-cu sinifdən sonra orta təhsildə qızların sayında kəskin azalma var”