Makron Putindən Qarabağda vəziyyət barədə danışmağı xahiş edib

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Makronun xahişi ilə Putin onu Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının həyata keçirilməsinin gedişatı barədə məlumatlandırıb.

Regionda ümumilikdə vəziyyətin stabil olduğu, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və əhalinin humanitar ehtiyaclarının ödənilməsi üçün addımların atıldığı qeyd olunub. Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri üzrə, ilk növbədə, ATƏT-in Minsk Qrupunda gələcək birgə iş üçün qarşılıqlı niyyət ifadə olunub.

Rusiya və Fransa prezidentləri Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsindən sonra yaranan vəziyyəti, İranın nüvə problemi ətrafındakı vəziyyəti, Ukraynanın cənub-şərqindəki problemi müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Plasido Dominqo 3 min dinləyicini bir araya gətirib

Sonrakı məqalə

“Qalatasaray” “Randers”lə heç-heçə edib –