Makron Qazaxıstan və Özbəkistana niyə gedir?- “Bloomberg” AÇIQLADI

Fransa prezidenti Emmanuel Makron ölkənin enerji təhlükəsizliyini gücləndirmək üçün Qazaxıstan və Özbəkistana səfərlər planlaşdırıb.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” vəziyyətlə tanış olan mənbələrə istinadən yazıb.

Hər iki ölkə enerji resursları ilə zəngindir və uranın əsas tədarükçüləri sırasındadır.

“Qazaxıstan Fransanın enerji təhlükəsizliyinin açarıdır”, – Fransa Beynəlxalq Münasibətlər İnstitutunun Parisdə fəaliyyət göstərən tədqiqatçısı Maykl Leviston bildirib.

Onun sözlərinə görə, Makronun səfəri Parisin əməkdaşlığı genişləndirməyə hazır olduğunu xatırladacaq.

Makron Rusiyanın qalıq yanacaqlarından imtina etmək üçün uran tədarükünə dair müqavilələri reallaşdırmaq niyyətindədir. Fransa prezidenti Qazaxıstan və Özbəkistanın Rusiyadan asılılığına təsir göstərmək də istəyir.

Makron noyabrın 1-də Qazaxıstana rəsmi səfər edəcək. Ertəsi gün Fransa lideri Özbəkistana yola düşəcək.

Azpost.info

Əvvəlki məqalə

Burger, dönər sənayesi 20 ildən sonra yox olacaq –

Sonrakı məqalə

Azərbaycanda “TikTok”un fəaliyyəti bərpa olundu