Burger, dönər sənayesi 20 ildən sonra yox olacaq –HƏKİM ŞƏRHİ

Tezbazar yeməklər olan “fast food” sənayesi 20 ildən sonra yox olacaq.

Azpost.info RT-yə istinadən bildirir ki, bu barədə tibb elmləri namizədi, doktor Sergey Çudakov deyib. Onun sözlərinə görə, müasir insanlar artıq sağlam qidalanmaya üstünlük verməyə başlayıblar. Bu isə tezbazar yeməklərin meydandan çıxaracaq.

Mütəxəssisin fikrincə, dietoloq peşəsinin yayılması, daha sağlam hazır qidaların mağaza rəflərində peyda olması – bütün bunlar insanların öz sağlamlıqlarının qayğısına qalmağa marağının artmasından xəbər verir.

Çudakov qeyd edib ki, bu gün insanların qidalanmasının əsasını tez qəlyanaltılar və yüngül karbohidratlar təşkil edir. Bir tərəfdən, belə bir pəhriz sürətli enerji ehtiyacını ödəyir, eyni zamanda diabet, piylənmə və Alzheimer xəstəliyinin artmasına səbəb olur.

“Fast-food istehlakı ürəyin, mədə-bağırsağın və beynin fəaliyyətinə mənfi təsir göstərir. Əsas mikroelementləri və ya lifi təmin etmir. Yeməkdə faydalı maddələrin olmaması səbəbindən orqanizm aclıq siqnalları verir. Nəticədə insan həddindən artıq yeyir, lakin belə qidaların heç bir faydası yoxdur”.

Həkim qida mədəniyyətinin dəyişdirilməsinin, orqanizmə zərəri olmayan qidaların seçilməsinin son dərəcə vacib olduğunu vurğulayıb.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına tam təminat verir

Sonrakı məqalə

Makron Qazaxıstan və Özbəkistana niyə gedir?