Makron Trampın Qrenlandiya iddasına cavab verdi: “Avropa ölkələri ayılmalıdır”

Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, ABŞ-nin yeni Prezidenti Donald Trampın Qrenlandiyanın mümkün ilhaqı ilə bağlı bəyanatlarından sonra Avropa ölkələri ayılmalı, təhlükəsizlik və rəqabət qabiliyyətini daha da fəal şəkildə gücləndirməlidir.

APA xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro Parisdə ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında deyib.

Trampın sözlərini şərh edən Barro deyib ki, bütün bunlar dünyanın “gücün hökm etdiyi” dövrə qədəm qoyduğunu göstərir.

Onun sözlərinə görə, məhz buna görə Fransa son 7 ildə Avropanın müdafiə, ticarət və rəqabətqabiliyyətlilik sahələrində güclənməsini fəal şəkildə təşviq edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.