Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Maliyyə hesabatları ilə bağlı təlimlər yekunlaşıb

User 25 Oktyabr 2023 - 12:06 (Last updated: 21 May 2025 - 20:15)
z01

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi tərəfindən “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə təlimlərinin təşkili” adlı layihə çərçivəsində təlimlər yekunlaşdırılıb.

Globalinfo.az bildirir ki, təlimin yekunu olaraq 2 sentyabr 2023-cü il tarixdə “World Business Center” tədbir keçirilib. Tədbiri giriş sözü ilə təşkilatın sədri Fikrət Yusifov açıb və layihə haqqında ətraflı məlumat verib. Çıxışçı nitqində Mühasibat Uçotu Haqqında qanunun tələbləri, ölkədə uçotun beynəlxalq standartlara keçidi üzrə mövcud vəziyyət, hazırkı təlimin beynəlxalq standartlara keçid baxımından əhəmiyyəti barədə geniş nitq söyləyibr. Tədbirin gündəliyinə uyğun olaraq təlimçi beynəlxalq standartların mühüm askpektləri, standartların mahiyyəti barədə çıxış edib, təlim iştirakçılarının sualları cavablandırılıb.

Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il üçün “elm, təhsil və mədəniyyət və azərbaycançılıq ideyasının təbliği məsələləri” istiqaməti üzrə elan etdiyi “Kiçik qrant müsabiqəsi”ndə   qalib elan olunub. Layihənin əsas məqsədi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçidlə əlaqədar olaraq ölkədə beynəlxalq standartlara yiyələnəcək kadr hazırlığına dəstək verməkdir. Bu məqsədlə təlimlərə aşağı gəlirli və öyrənmək imkanı məhdud olan şəxslərin, tələblərin, həssas qrupa aid kəsimlərdən olan gənclərin, o cümlədən şəhid ailələrinin üzvləri, vətən müharibəsi iştirakçılarının ailə üzvləri, məcburi köçkünlər, aztəminatlı ailələr, valideyn himayəsindən məhrum olmuş gənclər və digər həssas qruplar cəlb etməklə onlara beynəlxalq standartlara dair bilikləri aşılamaq və onların əmək bazarında rəqabətliliyinin artırılmasına töhvə verməkdir.

1 avqust 2023-cü il tarixdən başlamış təlimlər 1 ay boyunca davam dib, tədris proqramına uyğun olaraq 37 adlı  Maliyyə Hesabatının Beynəlxalq Standartları üzrə təlim keçirilib, təlimə dair müxtəlif sertifikasiya mərkəzlərinin tədris vəsaitləri təlim iştirakçılarına paylanılıb, hər bir iştirakçının fərdi inkişaf planı tərtib edilərək beynəlxalq səviyyədə tanınan sertifikasiya proqramlarında iştirakına dair məsləhətlər verilibr.

Tədbirin yekunu olaraq təlimdə davamlı olaraq iştirak etmiş iştirakçılara sertifikatlar və hədiyyələr təqdim edilib.

Post navigation

Previous: Azərbaycanda aliment ödəyicilərinin sayı məlum olub
Next: Ermənilər dayım oğlunun anasını və qızlarını öldürdülər

Oxşar xəbərlər

5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09

xƏBƏR

dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
Ukrayna ordusu hava şarları ilə idarə olunan PUA-larla Moskva hava limanlarına hücum edib. PUA-lar Vnukovo, Domodedovo və...
Read more about Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib
“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05
Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.