“Mançester Yunayted” – “Çelsi” oyununda hesab açılmayıb

Fevralın 28-də futbol üzrə İngiltərə Premyer Liqasının 26-cı turun mərkəzi qarşılaşması keçirilib.

Turun maraq doğuran görüşü “Stenford Bric” stadionunda baş tutub. “Çelsi” klubu doğma azarkeşlər önündə “Mançester Yunayted” komandasını qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmayıb.

Bu nəticədən sonra xal ehtiyatını 50-yə çatdıran “Mançester Yunayted” turnir cədvəlində ikinci yerə yüksəlib, “Çelsi” isə 44 xalla beşinci yerdə qərarlaşıb.

Növbəti turda London təmsilçisi səfərdə əzəli rəqibi “Liverpul”un, “Mançester Yunayted” isə “Kristal Palas”ın qonağı olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Meyvəli” ticarət mərkəzində baş verən yanğın söndürülüb

Sonrakı məqalə

Dünyadakı bütün koronavirus zərrələri bir “Coca-Cola” bankasına sığışar