“Manchester Siti” səfərdə “Arsenal”ı məğlub edib

22 Fevral 2021 - 00:30

İngiltərə Futbol Çempionatının 25-ci turunda “Mançester Siti” səfərdə “Arsenal”ı (1-0) məğlub edib.

Oyunda yeganə qolu 2-ci dəqiqədə Rahim Sterlinq vurub.

Beləliklə, “Mançester Siti” müxtəlif turnirlərdə ardıcıl 18 qələbə qazanıb. Həmçinin “Mançester Siti” məğlubiyyətsiz seriyasını 25 oyuna qədər uzadıb. Turnir cədvəlində komanda 59 xal qazanaraq liderliyini davam etdirir, o ikinci yerdə olan “Lester” komandasını 10 xal qabaqlayır.