Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Rusiyaya səfər edəcək.
Azpost.info xəbər verir ki, bu barədə Qrossi özü “The Associated Press” agentliyinə müsahibəsində bildirib.
O, səfərin yaxın günlərdə baş tutacağını deyib.
Bundan əvvəl Qrossi Zaporojye AES ətrafında təhlükəsizlik zonası ilə bağlı danışıqlarda müəyyən irəliləyiş olduğunu demiş, həmçinin stansiyanın ətrafında silahsızlaşdırılmış zonanın yaradılmasının artıq nəzərdən keçirilmədiyini bildirmişdi.
Azpost.info