Mariya Zaxarova Bakı aeroportunda COVID-19 testindən keçib:

Hə şey tez və düzgün şəkildə edilir” (FOTO)
21 Noyabr 2020 - 16:45

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Bakı aeroportunda COVID-19 testi verib.

Rusiya XİN rəsmisi bu barədə “Facebook”-da paylaşım edib.

“Biz Bakıdayıq. Aeroportda COVİD ekspess testi mütləq prosedurdur. Hə şey tez və düzgün şəkildə edilir”,- deyə Zaxarova paylaşımında yazıb.