Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Martda Bakı metrosundan 18 milyondan çox sərnişin istifadə edib

Orkhan Ali 04 Aprel 2024 - 11:10 (Last updated: 21 May 2025 - 20:15)
Metro

Metro

Bakı metrosundan istifadə edənlərin sayı cari ilin mart ayında 18 milyon 366 min 704 sərnişin təşkil edib. Bu rəqəmin 496 min 211-i və yaxud 2,7 faizi güzəştli və ya ödənişsiz keçənlərdir. Mart ayının orta statistik gündəlik sərnişindaşıması fevral ayına nəzərən (617 min 85 sərnişin) aşağı olub – 592 min 474.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, ən çox sərnişin mart ayının 7-si daşınıb – 848 min 934. Bu rəqəm həm də cari ildə bir gün üçün ən yüksək daşıma göstəricisidir. Martın 20-si isə ən az – 272 min 984 sərnişin daşınıb.

Mart ayında 15 iş günü olub. Ayın 19-u istisna olmaqla, hər iş günü 700 mindən artıq sərnişin daşınıb. Ümuməm qeyd edilən müddətdə orta hesabla gündəlik daşıma statistikası 758 min 499 təşkil edib.

Pandemiyaya qədər son ən şox sərnişin daşınan 2019-cu, eləcə də, 2023-cü illə müqayisədə mart ayında daha az (uyğun olaraq, 4,5 faiz və 2,7 faiz az), 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə daha çox (12,8 faiz çox) sərnişin metropolitenin daşıma xidmətinə müraciət edib.

Eyni illərin müqayisəsində bu ilin birinci rübü üzrə daşıma statistikası isə yalnız 2019-cu ildən geri qalır. Cari ilin birinci rübündə “Bakı Metropoliteni” QSC ilə 53 milyon 514 min 865 sərnişin daşınıb. Pandemiyadan sonra sərnişin artımı müşahidə olunsa da, birinci rüblərin müqayisəsində 2019-cu ildən gerilik 3,8 faiz təşkil edir. Lakin 2022-ci ilin ilk üç ayından 17,3 faiz, 2023-cü ilin eyni dövründən isə 1,6 faiz çox sərnişin daşınıb.

Post navigation

Previous: “Həzi Aslanov” stansiyasında qatar texniki nasazlığa görə xətdən çıxarılıb
Next: Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Oxşar xəbərlər

gemi
  • Sosial

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb

User 23 Oktyabr 2026 - 14:23
aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
istiler
  • Sosial

2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb

User 23 Oktyabr 2026 - 13:00

xƏBƏR

gemi
  • Sosial

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb

User 23 Oktyabr 2026 - 14:23
Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu ticarət gəmisi batıb. “novinite.com”un xəbərinə görə, “Xoriv” (Khoryv) adlı gəmi...
Read more about Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb
Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ yasil enerji esas
  • Baş Yazı

Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ

User 23 Oktyabr 2026 - 14:19
80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar” tramp cixis
  • Dünya

80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar”

User 23 Oktyabr 2026 - 14:08
“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder piter til
  • Dünya

“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

User 23 Oktyabr 2026 - 13:49
“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı hindistan xin
  • Dünya

“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı

User 23 Oktyabr 2026 - 13:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.