Martın 18-də vaxtı bitən “taxıl sazişi” uzadılacaqmı?- Peskovdan AÇIQLAMA

“Taxıl sazişi”nin icrası ilə bağlı hələ çox suallarımız var və onları qaldırmağa davam edəcəyik”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vaxtı martın 18-də başa çatan sazişin uzadılıb-uzadılmayacağını şərh edərkən deyib.

Onun sözlərinə görə, Moskvanın məhsulların böyük hissəsinin başqa məqsədlər üçün göndərilməsi ilə bağlı şübhələri var.

“Yekun alıcılarla, taxılın əsas hissəsinin hara getməsi ilə bağlı suallar hələ də çoxdur. Eyni zamanda, sazişin ikinci hissəsi ilə bağlı suallar da var”, – Peskov bildirib.

O qeyd edib ki, Putin hələlik BMT Baş katibi Antonio Quterreşlə razılaşmanı telefonla müzakirə etməyi planlaşdırmır.

Xatırladaq ki, bir gün əvvəl Quterreş və Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə görüş zamanı “taxıl sazişi” üzrə razılaşmaların martın 18-dən sonrakı dövrə uzadılmasının vacibliyinə toxunublar.

Azpost.info

 

Əvvəlki məqalə

“Hələ evdən işləyirəm, ofisim yoxdur…Bağda ərik var idi…” –

Sonrakı məqalə

Prezident İlham Əliyev BMT-nin İİV üzrə Birgə Proqramının icraçı direktorunu qəbul edib