Masallıda itkin düşmüş qızlar tapılıb –YENİLƏNİB

Masallı rayonunda itkin düşmüş üç qız tapılıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib.

Onun sözlərinə görə, qızların tapılması barədə FHN-ə onların valideynləri məlumat verib.

Bundan sonra FHN itkin düşmüş qızların axtarışını dayandırıb.

**

Masallı rayonunda üç qız itkin düşüb.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, bu barədə məlumat nazirliyin “112” qaynar telefon xəttinə daxil olub.

Məlumatda deyilir ki, 19 iyun 2020-ci il tarixində axşam saatlarında Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Hazırda FHN-in Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri  tərəfindən itkin düşmüş şəxslərin axtarışları həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pandemiya dövründə özəl məktəblərdə ödənişlə bağlı valideynlər nə düşünür?

Sonrakı məqalə

Ermənistanın işğalçı qüvvələri atəşkəsi 24 dəfə pozub