Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Masallıda “Zülməti dələn işıq” layihəsinin təqdimat mərasimi keçirilib

User 31 Oktyabr 2025 - 07:28 (Last updated: 31 Oktyabr 2025 - 09:32)
mas08

Masallı şəhərində “Zülməti dələn işıq” adlı sosial yönümlü layihənin təqdimatı keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi (RHİMİB) tərəfindən həyata keçirilir.

Tədbir çərçivəsində “Soyuq Günəş” filmi ilk dəfə səsli bətimləmə ilə nümayiş etdirilib. Görmə imkanları məhdud şəxslərin mədəni həyata bərabər şəkildə qoşulmasına şərait yaradan bu təşəbbüs, inklüziv cəmiyyətin formalaşması yönündə önəmli addım kimi dəyərləndirilib.

Təqdimat mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tohid Hüseynov, Milli Məclisin deputatı İlham Məmmədov, tanınmış ictimai xadim Hacı Nuran, RHİMİB sədri Arzu Bağırova, filmin ssenari müəllifi Sədaqət Kərimova və layihənin prodüseri Ramal Əzimzadə çıxış edib.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial siyasət və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın inklüziv sahəyə göstərdiyi diqqət, qayğı xüsusi vurğulanıb. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən layihələr cəmiyyətin hər bir üzvünün bərabər hüquq və imkanlardan faydalanmasına xidmət edir.

Layihənin rəhbəri Nilufər Lətif çıxışında bildirib ki, “Zülməti dələn işıq” layihəsinin məqsədi — görmək və eşitmək imkanından asılı olmayaraq, hər kəsin filmin duyğularını hiss edə bilməsinə şərait yaratmaqdır.

Nilufər Lətif filmin seçim prosesindən danışarkən prodüser Ramal Əzimzadənin sözlərini xatırladıb:

“Dostlarım “Soyuq Günəş” filmini səsli bətimləmə ilə izləmək istəyirdi; ona görə də biz məhz bu filmi seçdik.”

Tədbir iştirakçıları filmi böyük maraqla izləyib. Nümayiş zamanı zalda səmimi və duyğulu atmosfer hökm sürüb. “Zülməti dələn işıq” layihəsi bir daha sübut etdi ki, işıq bəzən gözlə deyil, qəlblə görünür.

AzPost.az

Post navigation

Previous: ABŞ vaxtaşırı nüvə silahını sınaqdan keçirməlidir
Next: Tramp və Çin sədri arasında razılaşma ABŞ üçün risk yaradır –

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

nar denesi
  • Maraqlı

Cavan qalmaq istəyənlər bu iki meyvəni yesin – Dietoloqların tövsiyəsi

User 04 Noyabr 2026 - 19:27
Qidalanma mütəxəssisləri meyvələri gəncliyin və gözəlliyin qorunmasına kömək edən əsas qida mənbələrindən biri hesab edirlər. Faydalı və...
Read more about Cavan qalmaq istəyənlər bu iki meyvəni yesin – Dietoloqların tövsiyəsi
ABŞ-da Demokratların qələbəsinə dünya liderləri necə reaksiya verdi? abs secki
  • Dünya

ABŞ-da Demokratların qələbəsinə dünya liderləri necə reaksiya verdi?

User 04 Noyabr 2026 - 18:50
33 ölkə əhaliyə 72 saatlıq ehtiyat toplamağı tövsiyə edir – Dünya nəyə hazırlaşır? felaket
  • Sosial

33 ölkə əhaliyə 72 saatlıq ehtiyat toplamağı tövsiyə edir – Dünya nəyə hazırlaşır?

User 04 Noyabr 2026 - 18:36
Melaniya Trampla görüşə Rusiyadan kimlər gedəcək? – Kreml adları açıqladı peskov
  • Dünya

Melaniya Trampla görüşə Rusiyadan kimlər gedəcək? – Kreml adları açıqladı

User 04 Noyabr 2026 - 18:22
Soyuduculara kiberhücum təhlükəsi – Məhsullar xarab ola bilər / RƏSMİ soyutma
  • Sosial

Soyuduculara kiberhücum təhlükəsi – Məhsullar xarab ola bilər / RƏSMİ

User 04 Noyabr 2026 - 17:56
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.