Masallının icra başçısı Əhəd Abıyevin qardaşını işdən çıxartdı

03 Mart 2020 - 11:06

Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev işdən azad edilib.

Qafqazinfo-nun məlumatına görə, icra başçısı Şahin Məmmədov ötən gün bu barədə əmr imzalayıb.

N.Abıyev xidmətdə olmanın yaş həddi ilə əlaqədar işdən azad olunub.

Qeyd edək ki, N.Abıyev Daşkəsənin icra başçısı Əhəd Abıyevin qardaşıdır.

“Qafqazinfo” məsələ ilə bağlı N.Abıyevlə də əlaqə saxlayıb. O, bu məsələ barəsində narahat edilməməsini xahiş edib.