Pensiya
2026-cı ilin sentyabr ayında Azərbaycanda əlilliyə görə 239 971 nəfər pensiya, 224 173 nəfər aylıq müavinət, 92 146 nəfər isə Prezident təqaüdü alıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatında bildirilir.
Təqdim olunan göstəricilərə əsasən, sentyabr ayında əlilliklə bağlı pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların ümumi sayı 556 290 nəfər təşkil edib.
Qeyd edək ki, bu rəqəmlər müxtəlif sosial ödəniş kateqoriyalarını əhatə edir.
