Rusiya Prezidenti Vladimir Putinin Mayamidə keçiriləcək G20 sammitində şəxsən iştirak edib-etməyəcəyi məsələsi hələ də açıq qalır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Rusiya liderinin mümkün səfəri ilə bağlı suala cavab verən Kremlin nümayəndəsi deyib: “Hələlik qərar qəbul edilməyib”.
G20 sammiti dekabrın 14–15-də Mayamidə keçiriləcək.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Putini görüşün iştirakçıları arasında görmək istədiyini bildirmişdi. Bununla belə, Amerika lideri Rusiya Prezidentinin sammitə həqiqətən qatılacağını hələ təsdiqləməyib.
