“Maska taxmayan vətəndaşlara cəza tətbiq olunacaq” –İran prezidenti

İranda tibbi maskadan istifadə etməyənlərə cəza tətbiq olunacaq.

Bunu, İran Prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə Milli Qərargahının iclasında deyib.

“Nəzarət azalıb, Səhiyyə Nazirliyinin son məlumatlarına görə, koronavirus artıq gənclərə də yoluxur. Xəstəxanaya yerləşdirilənlərin 14%-ni daha əvvəl koronavirusa yoluxanlar təşkil edir. Sanitariya-gigiyena qaydalarını və nəzarəti sərtləşdirməyə məcburuq. Bu həftə maska taxmayan vətəndaşlara sərt qaydalar tətbiq olunacaq”, – deyə İran Prezidenti qeyd edib.

H.Ruhani bildirib ki, vətəndaşların maskadan istifadə etməməsinə artıq göz yumulmayacaq: “Maska taxmayanlara heç bir dövlət xidməti göstərilməməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda daha 10 şagird koronavirusa yoluxub

Sonrakı məqalə

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olunub