Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Maştağa, Nardaran və Bilgəhdə yeni içməli su təchizatı infrastrukturları yaradılır

Orkhan Ali 15 Aprel 2024 - 17:15 (Last updated: 21 May 2025 - 20:15)
17131868042049337189_1200x630

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Bakıətrafı qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlayıb.

ADSEA-dan bildirilib ki, dövlət investisiyası hesabına icra olunan layihə Abşeron yarımadasının şimal-şərq hissəsinin, xüsusilə, Maştağa, Nardaran və Bilgəh qəsəbələrinin sahil boyu ərazilərinin, eyni zamanda yeni salınmış yaşayış massivlərinin içməli su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutur.

Layihəyə əsasən, ərazinin içməli su təchizatı Ceyranbatan sutəmizləyici qurğularından qidalanan Maştağa su anbarından aparılacaq. Bu məqsədlə anbarın nasos stansiyası yenidən qurulacaq. Anbardan götürülən su nasosları vasitəsilə Nardaran qəsəbəsində yeni inşa edilən 10 min kubmetr tutumu olan anbara vurulacaq. Maştağa və Nardaran anbarını əlaqələndirmək məqsədilə 820 mm diametrli polad borularla 6 km uzunluğunda magistral su kəməri inşa edilir. Yaşayış massivlərinə suyun çatdırılması məqsədilə 530 mm diametrli polad borularla 11 km uzunluğunda daşıyıcı magistral su kəmərləri çəkilir.

Eyni zamanda, suyun istehlakçılara çatdırılmasını təmin etmək üçün müşayətedici və paylayıcı su xətləri tikilir. Ümumilikdə layihə çərçivəsində 25 km uzunluğunda magistral və paylayıcı su xətlərinin inşası layihələndirilib. Layihənin icrasına başlanandan qısa müddət ərzində su xətlərinin tikintisi işlərinin 50 faizi icra olunub. Bununla yanaşı, 10 min kubmetr tutumlu yeni su anbarının tikintisinə başlanılıb, nasos stansiyasının yenidən qurulmasına hazırlıq görülür.

Qeyd edək ki, layihənin əhatə etdiyi ərazidə mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi mövcud olmayıb. Ərazinin bir hissəsində əhali tərəfindən fərdi qaydada su xətləri çəkilib və həmin xətlər də tikinti normalarına cavab vermədiyindən istismara yararsız vəziyyətdədir. Şəbəkə olmayan ərazilərdə isə sakinlər içməli suyu maşınlarla əldə edirlər. Yeni layihənin icrası nəticəsində çimərlik ərazisi boyu istirahət və turizm obyektlərinin də içməli su təchizatı yaxşılaşacaq.

Tikinti-quraşdırma işlərinin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Layihənin icrası Bilgəh, Nardaran, Maştağa qəsəbələrində, həmçinin yeni salınmış yaşayış massivlərində 70 minə yaxın sakinin içməli su təchizatının yaxşılaşdırılmasına imkan verəcək.

Post navigation

Previous: İmişlidə 2 məktəblinin cərəyan vurmadan ölməsi ilə bağlı cinayət işi açılıb
Next: Bakıda Çingiz Aytmatovun abidəsi qoyulub

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.