Maştağada avtomobil aşıb, iki Türkiyə vətəndaşı xəsarət alıb

Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

50-DX-778 dövlət qeydiyyat nişanlı “Changan” markalı avtomobili idarə edən Kemal Çalkıcı sükana nəzarəti itirib. Nəticədə avtomobil körpüdən aşıb. Qəza nəticəsində sürücü K.Çalkıcı və sərnişin Taner Akbaş ağır bədən xəsarətləri alıb. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Sabunçu RPİ-nin 14-cü Polis Bölməsindən verilən məlumata görə, sürücü və sərnişin sərxoş vəziyyətdə olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“ABŞ Avropa Birliyi vasitəsilə İranla danışıqlar aparır” –

Sonrakı məqalə

Pep Qvardiola Premyer Liqada ən yaxşı məşqçi seçilib