Pep Qvardiola Premyer Liqada ən yaxşı məşqçi seçilib

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisinin adı açıqlanıb.

Qurumun saytı xəbər verir ki, bu mükafata “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola layiq görülüb.

O, ardıcıl ikinci dəfə ən yaxşı seçilib. 50 yaşlı mütəxəssis səsvermədə Nunu Eşpiritu Santu (“Vulverhempton”), Skott Parker (“Fulhem”) və Tomas Tuheli (“Çelsi”) qabaqlayıb.

Qeyd edək ki, Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” ötən ay ölkə çempionatında 6 matça çıxıb və hamısında qələbə qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Maştağada avtomobil aşıb, iki Türkiyə vətəndaşı xəsarət alıb

Sonrakı məqalə

“Şayiələr yayırlar!”-