Maykl Cekson barədə bədii film çəkilir –Müğənninin rolunu qardaşı oğlu oynayır /FOTO

Əfsanəvi müğənni Maykl Cekson haqqında bioqrafik bədii film çəkilir. Filmdə Maykl obraznı onun qardaşı oğlu Cafar Cekson oynayacaq.

Azpost.info bildirir ki, Cafar Cekson əmisinə heyrətamiz bənzərliyi ilə yadda qalır.

2023-cü ilin yanvarında “Lionsgate” şirkətinin bu film üzərində çalışıdığı açıqlanıb. Ssenari müəllifi Con Loqandır.

Baş rolda Maykl Ceksonun böyük qardaşı Cermeyn Ceksonun oğlu Cafar çəkilir.

Prodüser Qrem Kinqin sözlərinə görə, Cafarin hər baxışı, hər notu, hər rəqs hərəkəti Maykldır.

“O, Mayklı heç bir aktyorun edə bilməyəcəyi şəkildə təcəssüm etdirir. Bu, fiziki oxşarlıqlardan kənara çıxır. Sanki sehirli şəkildə özünü göstərən Mayklın ruhudur”, – deyə filmin rejissoru Antuan Fukua bildirib.

Filmdə daha bir neçə məşhur ulduz, o cümlədən Oskar namizədi Kolman Dominqo, Nia Lonq və Miles Teller də çəklir.

“Maykl” filmi  18 aprel 2025-ci ildə kinoteatrlara çıxacaq.

Azpost.info

Əvvəlki məqalə

Qeyri-sabit hava şəraiti fevralın 18-dək davam edəcək

Sonrakı məqalə

Erkən nikahların hansı fəsadları var?