MDB dövlət başçıları oktyabrın 14-də Astanada toplaşacaq –Bir prezident gəlməyəcək

Moldova prezidenti Maya Sandu MDB dövlət başçılarının14 oktyabrda  Astanada keçirləcək sammmitində iştirak etməyəcək.

Azpost.info bildirir ki, bu barədə Qazaxıstan XİN -nin rəsmi nümayəndəsi Aybek Smadiyarov bu gün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, MDB-nin digər dövlət başçılarının hamısı zirvə görüşünə gələcək.

“Pandemiyadan sonra ilk dəfə canlı olaraq keçirələcək bu görüşdə Azərbaycan, Ermənistan, Belarus, Qırğızstan, Rusiya, Türkmənistan, Tacikstan və Özbəkistan prezidentlərinin iştirakı gözlənilir”-deyə o vurğulayıb.

Xatırladaq ki, oktyabrın 14-də Astanada prezident Tokayevin sədrliyi ilə MDB dövlət başçılarının iclası keçiriləcək.

 

Əvvəlki məqalə

Ukrayna Dmitri Medvedevi axtarışa verib

Sonrakı məqalə

Dədə Qorqud casusu xilas edə biləcəkmi? –