Ukrayna Milli Təhlükəsizlik Xidməti Rusiyanın sabiq Prezidenti, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevi axtarışa verib.
TASS-ın məlumatına görə, Ukrayna Daxili İşlər Nazirliyinin bazasında bununla bağlı məlumat yerləşdirilib.
Dmitri Medvedev Ukrayna Cinayət Məcəlləsinin 110.2 maddəsi ilə (Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına təhdid) axtarışa verilib.