Özbəkistanda MDB dövlətlərinin Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Komitəsinin növbəti iclası başlanıb.
Azpost.info bildirir ki, Səmərqənəddə keçirilən iclasa Rusiyanın ordusunun Baş qərargah rəisi Valeri Gerasimov sədrlik edir.
Görüşdən əvvəl nümayəndələr kollektiv foto çəkdiriblər. Azərbaycan Ordusunun Baş Qərargahının nümayəndəsi nümayişkəranə şəkildə Ermənistan nümayəndəsindən uzaqda dayanıb.