“MDB-dəki münaqişələrin həlli üçün tədbirlər hazırlamaq lazımdır”- PUTİN

“MDB üzvü olan ölkələr arasında münaqişələrin həlli üçün tədbirlər hazırlamaq lazımdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının bugünkü qeyri-rəsmi görüşündə bildirib.

Onun sözlərinə görə, belə tədbirlərin olmaması Ukraynada baş verənlər kimi faciəli hadisələrə səbəb ola bilər.

“Postsovet məkanının digər yaxın dövlətləri arasında bəzən münaqişələr yaranır. Və bu, əlbəttə ki, onların həlli üçün tədbirlərin işlənib hazırlanmasını tələb edir”, – Putin qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Sumqayıt-Bakı qatarına yeni reyslər əlavə olundu –

Sonrakı məqalə

Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib