Medala təqdim olunmayan keçmiş döyüşçülərlə bağlı məsələ araşdırılacaq-MÜDAFİƏ NAZİRLİYİ

“Müharibədə iştirak edib ancaq medalla təltif olunmadıqları iddiası ilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi qarşısında toplaşan bir qrup vətəndaş tərəfimizdən qəbul edilib”.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Görüş zamanı bildirilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib. Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib”, – deyə MN-dən qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İtmiş film sayılan “Hacı Qara”dan 38 saniyəlik fraqment tapılıb –

Sonrakı məqalə

Rusiya da Qara dənizdə hərbi təlimlərə başladı –