Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

MEDİA dəyirmi masa keçirdi –

User 27 Aprel 2022 - 10:00 (Last updated: 21 May 2025 - 20:15)
media01

Aprelin 26-da ADA Universitetində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Dezinformasiyanın artımı: media sahəsinə təsiri və səmərəli cavab tədbirləri strategiyaları” mövzusunda dəyirmi masa keçirilib. 

Yerli media orqanlarının rəhbər şəxslərinin iştirak etdikləri tədbirdə müasir dövrdə mediadakı problemlərdən, dezinformasiyaların artmasının mənfi təsirlərindən danışılıb, həmçinin bu hala qarşı mübarizə üsullarından bəhs olunub.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçən tədbirdə çıxış edən ATƏT-in media azadlığı üzrə nümayəndəsi xanım Teresa Ribeiro bildirib ki, elm və texnologiyanın sürətlə inkişaf etdiyi mürəkkəb bir dövrdə yaşayırıq. Belə bir dövrdə media azadlığı, dezinformasiya məsələsi aktuallıq kəsb edir. Smartfonların tətbiqi yanlış məlumatların daha geniş yayılmasına gətirib çıxarır. Bu da təbii olaraq insanlarda etibarsızlıq yaradır. Peşəkar mediaya etibarın sarsılması isə bir sıra problemlərə səbəb olur.

Jurnalistikanın üzərinə düşən vəzifəni icra edə bilməməsinin fəsadlarla nəticələndiyini deyən Teresa Riberio qeyd edib: “Media azadlığı olmadan təhlükəsizlik ola bilməz. Məlumatların cəmiyyətə ətraflı, obyektiv və qərəzsiz ötürülməsi peşəkar jurnalistikada əsas amildir. Dezinformasiyaya qarşı mübarizədə şəffaflıq, cəmiyyətdə mediaya inam təmin olunmalıdır. Söz, fikir azadlığı, jurnalistin toxunulmazlığı, təhlükəsizliyi qorunub saxlanmalıdır. Media savadlılığı çox mühüm şərtdir”. ATƏT rəsmisi vurğulayıb ki, Azərbaycana səfərdə məqsəd media azadlığının təmin edilməsinə, dezinformasiyaya qarşı mübarizəyə kömək etməkdir.

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanda “Media haqqında” yeni Qanun qəbul edildiyini diqqətə çatdırıb. Bildirilib ki, yeni Qanunun qəbul edilməsində məqsəd daxili məhsulun keyfiyyətli hazırlanması, paylanması, dövrün tələblərinə uyğunlaşdırılmasıdır. Qanun layihəsində bir çox məsələlərin əks olunduğunu qeyd edən Əhməd İsmayılov layihədə müəllif hüquqlarının qorunması ilə bağlı vacib müddəaların əksini tapdığını deyib. Diqqətə çatdırıb ki, KİV-in hüquqlarının, fikir, söz azadlığının təmin edilməsi, bərabər imkanların yaradılması mühüm amillər kimi diqqət çəkir.

“Yeni Qanun media sahəsində boşluqları doldurmaqla bərabər, söz, fikir azadlığının, plüralizmin təmin edilməsi, media ilə ictimaiyyət arasında münasibətlərin normallaşdırılması, bir sözlə, media üçün əlverişli mühitin yaradılmasının təminatçısıdır”, – deyən MEDİA-nın İcraçı direktoru əlavə edib ki, hazırda internet mediası və rəqəmsal mühit mövcuddur. Dezinformasiyanın yayılmasında sosial şəbəkələr öz rolunu oynayır.

Dezinformasiyaya qarşı mübarizədə hüquqi mexanizmlərdən danışan Əhməd İsmayılov vurğulayıb ki, medianı həm də ictimaiyyət formalaşdırır.

Sonra çıxış edən Milli Televiziya və Radio Şurasının sədri İsmət Səftərov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, Azad Azərbaycan Teleradio Yayım Şirkətinin sədri Azər Xəlilov, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli medianın ictimai münasibətlərin formalaşdırılması, informasiyalı cəmiyyətin qurulmasında mühüm rol oynadığını diqqətə çatdırıblar.

Qeyd olunub ki, media öz dövrünün güzgüsüdür və artıq cəmiyyət özü dezinformasiyanın yayıcısına çevrilib. Onlar dezinformasiyanın qarşısını almaq üçün beynəlxalq təcrübədən istifadə edilməsini və maarifləndirmənin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, təməl prinsiplərə əməl olunmayanda cəmiyyətdə etimadsızlıq yaranır. Jurnalist müstəqil olmalıdır və feyk xəbər yazan media nümayəndələrinə qarşı tədbir görülməlidir. Dəyirmi masa müzakirələrlə davam edib.

Post navigation

Previous: UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib
Next: Prezident Gürcüstanın xarici işlər nazirini qəbul edib

Oxşar xəbərlər

ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05
vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
suni intelekt is
  • Media

Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır

User 01 Noyabr 2026 - 16:00

xƏBƏR

buzlaqlar
  • Maraqlı

Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz

User 03 Noyabr 2026 - 17:40
Antarktidada yerləşən Tueyts buzlağının (“Qiyamət günü buzlağı”) altına okeanın isti suları bir neçə kilometr məsafədə nüfuz edir...
Read more about Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz
Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21
Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.