MEDİA, Mətbuat Şurası və MTRŞ-in rəhbərləri Heydər Əliyev və Zərdabinin məzarını ziyarət edib

-FOTO
22 İyul 2021 - 13:44

İyulun 22-də milli mətbuatımızın 146 illiyi və Mətbuat Günü münasibətilə Medianın İnkişafı Agentliyinin, Azərbaycan Mətbuat Şurasının, Milli Televiziya və Radio Şurasının nümayəndələri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və görkəmli həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.

Sonra Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, böyük mütəfəkkirin xatirəsi anılıb.