Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

MEDİA-nın icraçı direktoru Özbəkistan nümayəndələri ilə görüşüb

User 27 Noyabr 2025 - 18:54 (Last updated: 27 Noyabr 2025 - 18:54)
media ozbek numayede

27 noyabr 2025-ci il tarixində Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı çərçivəsində  Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov arasında görüş keçirilib.

Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlığın TDT çərçivəsində yeni, daha strateji mərhələyə qədəm qoyduğunu bildirib. O vurğulayıb ki, iki ölkə arasında informasiya mübadiləsinin genişləndirilməsi, media qurumları arasında tərəfdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı layihələrin həyata keçirilməsi bu əməkdaşlığın davamlı inkişafına əsas yaradır. Xüsusilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə Yol Xəritəsi”nin icrasının qarşılıqlı fəaliyyəti daha sistemli, planlı və institusional bir müstəviyə daşıdığı diqqətə çatdırılıb.

Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov isə media sahəsində əməkdaşlığın iki ölkə arasında strateji tərəfdaşlığın ayrılmaz hissəsi olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan və Özbəkistan media qurumları arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin təşkili və peşəkar kadr hazırlığı sahəsində əməkdaşlığın gücləndirilməsi iki ölkə arasında bu sahədə tərəfdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcək.

Görüş zamanı gələcək əməkdaşlıq istiqamətləri və birgə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

AzPost.az

Post navigation

Previous: “Ukrayna bu ərazilərdən çıxsa hərbi əməliyyat dayandırılacaq” –
Next: FHN “Yanar dağ” yaxınlığında tapılan metan qazı ilə bağlı məlumat yayıb

Oxşar xəbərlər

ilon mask robot
  • Media

İlon Maskdan xəbərdarlıq – Süni intellekt bəşəriyyəti məhv edə bilərmi?

User 21 Oktyabr 2026 - 10:02
turk jurnalist
  • Media

Haqqında cinayət işi açılan türk köşə yazarı Azərbaycandan üzr istədi

User 16 Oktyabr 2026 - 20:44
qida sufre
  • Media

Səhər yeməyində bu 4 sıyığa diqqət edin

User 16 Oktyabr 2026 - 17:43

xƏBƏR

zelenski
  • Dünya

Zelenski münaqişənin cəbhə xətti boyu dondurulmasına razıdır

User 21 Oktyabr 2026 - 16:02
Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin hazırkı cəbhə xətti üzrə dondurulmasını nəzərdə tutan sülh sazişini qəbul etməyə hazır...
Read more about Zelenski münaqişənin cəbhə xətti boyu dondurulmasına razıdır
“Azərbaycanla Ermənistan sülhdə maraqlıdır” – Mirzoyan Ermənistanın
  • Dünya

“Azərbaycanla Ermənistan sülhdə maraqlıdır” – Mirzoyan

User 21 Oktyabr 2026 - 15:38
Putin Uitkoffla görüşdə nə təklif etdi? – ABŞ-a dizel və gübrə tədarükü açıqladı putin uitkof iclas
  • Dünya

Putin Uitkoffla görüşdə nə təklif etdi? – ABŞ-a dizel və gübrə tədarükü açıqladı

User 21 Oktyabr 2026 - 15:22
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanılıb naxcivan
  • Sosial

“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanılıb

User 21 Oktyabr 2026 - 14:59
Bakıda ev almaq istəyənlərə xəbərdarlıq- Qiymətlər ucuzlaşacaq, yoxsa artacaq? menzil f
  • Baş Yazı

Bakıda ev almaq istəyənlərə xəbərdarlıq- Qiymətlər ucuzlaşacaq, yoxsa artacaq?

User 21 Oktyabr 2026 - 14:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.