Medvedevin bu tvitinə Almaniya və Polşada blok qoyuldu

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “Tviter” səhifəsindəki “Ukrayna heç kimə lazım deyil” paylaşımının nümayişi Almaniya və Polşada məhdudlaşıb.

Azpost.info xəbər verir ki, bu iki ölkədən tviti açmaq istəyəndə sosial şəbəkə xəta verir. Səbəb kimi “yerli qanunvericiliyin xüsusiyyətləri” göstərilir.

Medvedevin köməkçisi Oleq Osipov bildirib ki, Rusiya tərəfi mütləq şəkildə qoyulan məhdudiyyətlərə qarşı cavab tədbirləri görəcək.

“Bu cavabsız qalmayacaq”, – Osipov vurğulayıb.

Qeyd edək ki, həmin tvitdə Medvedev Ukraynanın heç kimə lazım olmadığını və yer üzündən silinəcəyini yazmışdı.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycan əsgərinə qarşı edilən zorakılığı izləmək dəhşətlidir” –

Sonrakı məqalə

“Ölkədə qeyri-qanuni qazdan istifadə halları artıb”