“Medvedyevin “iyrənc əclaflar” sözü qəbuledilməzdir” –İtaliya XİN

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “Rusiyanın ölümünü istəyən iyrənc əclaflar” bəyanatı qəbuledilməzdir və narahatlıq doğurur”.

Azpost.info xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Luici Di Mayo deyib. “Bunlar bizi çox narahat edən qəbuledilməz sözlərdir. Çünki bu sözlər Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin dilindən səslənir”, – XİN rəhbəru bildirib.

Di Mayonun sözlərinə görə, Medvedevin sözləri dialoq üçün siqnala, atəşkəs istəyinə və ya sülhü bərpa etmək cəhdlərinə işarə etmir: “Bunlar sülh üçün israrla səy göstərənlər üçün birmənalı təhdiddir”.

Azpost.info

Əvvəlki məqalə

Dövlət Agentliyi işlə təmin edilən qazilərin sayını açıqlayıb

Sonrakı məqalə

“Ukrayna münaqişəsində tərəf seçməyə məcbur etmək yanlışdır” –