Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May Respublika Günü münasibəti ilə xalqı təbrik edib.
Azpost.info bildirir ki, M.Əliyeva bununla bağlı sosial şəbəkədəki rəsmi səhifəsində paylaşım edib: “Bütün Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”