Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Mehriban Əliyeva Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olub

User 10 Noyabr 2022 - 23:46 (Last updated: 21 May 2025 - 20:15)
xanım oz

Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və digər ölkələrin birinci xanımları Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olublar.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai birlikdə sərgiyə baxıblar.

Qeyd edək ki, sərgidə Nukusda yerləşən İ.Savitski adına Qaraqalpaqıstan Respublikası Dövlət İncəsənət Muzeyinin kolleksiyasından məşhur əsərlər nümayiş olunur.

Burada sərgilənən əsərlər Özbəkistanın XX əsr təsviri sənətinin bütün istiqamətlərini əhatə edir. Özbəkistanın qeyri-adi təbiəti, qədim abidələri rəssamlar üçün hər zaman ilham mənbəyi olub. Qaraqalpaqıstanın bir çox rəssamları mavi Aral dənizi və Amudəryadan ilhamlanaraq mükəmməl əsərlər ərsəyə gətiriblər.

Özbəkistanda təsviri sənət XX əsrdə sürətlə inkişaf edib. Həmin dövrün rəssamlarının həyatlarının müxtəlif olmasına baxmayaraq, onları birləşdirən Özbəkistan idi.

Təkcə Özbəkistanda doğulan rəssamlar deyil, buraya müxtəlif yerlərdən gələnlər də günəşli diyarın ecazkarlığına valeh olaraq bu qədim torpaqda həmişəlik yaşayıb-yaradıblar. Bu gün onların da əsərləri sərgidə nümayiş olunur.

Qeyd edək ki, sərgidə 14 rəssamın 90-dan çox əsəri nümayiş etdirilir.

Post navigation

Previous: İlham Əliyev və Ərdoğan bölgədəki vəziyyəti və Soçi görüşünü müzakirə edib
Next: Birinci xanım Mehriban Əliyeva şam yeməyində iştirak edib

Oxşar xəbərlər

avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
pehriz
  • Sosial

Arıqlamaq istəyənlər üçün: Aclıq çəkmədən çəki azaltmağın yolları

User 01 Noyabr 2026 - 17:30
Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55

xƏBƏR

payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Payız gələndə ağacların görünüşü dəyişir. Yay boyu yaşıl olan yarpaqlar sarı, narıncı, qırmızı və hətta bənövşəyi çalarlara...
Read more about Ağacların yarpaqları payızda niyə qızarır?
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır? pensiyaci01
  • İqtisadiyyat

Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır?

User 01 Noyabr 2026 - 18:30
Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.