Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin edilib –

SƏRƏNCAM
05 Mart 2021 - 17:48

Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin birinci müavini təyin edilib. Bununla bağlı YAP Sədri İlham Əliyev sərəncam imzalayıb.

YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq, partiya sədri İlham Əliyevin sərəncamı ilə Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.