Meksikada 6,2 bal gücündə zəlzələ olub

Meksikanın cənubunda, Sakit okean sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

Azpost.info xəbər verir ki, bu barədə yerli seysmoloji xidmət məlumat yayıb.

Martın 2-də səhər saatlarında qeydə alınan zəlzələnin ocağının on kilometr dərinlikdə yerləşdiyi qeyd edilir.

Yeraltı təkanların episentri Meksikanın cənubundakı Oaxaka ştatında, Union İdalqo şəhərindən 49 kilometr cənub-şərqdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Azpost.info

 

Əvvəlki məqalə

Aşağı qan təzyiqi hansı xəstəliklərdən xəbər verir?

Sonrakı məqalə

Madonna özündən 35 yaş kiçik idmançı sevgilisi ilə